Sağlamlıq

Koronavirus əleyhinə peyvənd olunmayan insanlar arasında bu xəstəlikdən ölüm riski 48 dəfə çoxdur

14 Noyabr 2021 20:45
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı alimlər peyvənd olunmayan insanın koronavirusdan ölmə ehtimalının 48 dəfə yüksək olduğunu sübut ediblər. Lakin müxtəlif yaş qruplarında bu təhlükə fərqlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstraliyada aparılan araşdırma göstərib ki, tam peyvənd olunmuş insanların COVID-19-dan reanimasiya şöbələrinə düşmək və ya ölmək ehtimalı peyvənd olunmayan insanlara nisbətən 16 dəfə azdır. Bu, peyvəndin koronavirusun ən pis nəticələrinin qarşısını almaq qabiliyyətini sübut edən ən son məlumatdır. Onlar Avstraliyanın ən sıx məskunlaşmış ərazisi olan Yeni Cənubi Uelsin səhiyyə orqanları tərəfindən toplanıb.

Koronavirus əleyhinə peyvənd olunmayan hər 100.000 nəfərdən təxminən 16-sı bu patogenə yoluxduqdan sonra reanimasiyaya yerləşdirilib və ya dünyasını dəyişib. Tam peyvənd olunmuş insanlar qrupunda bu rəqəm hər 100 mində 1 hadisə təşkil edib. Eyni zamanda, Texasa aid olan statistika göstərir ki, peyvənd olunmamış insanların koronavirusdan ölmə ehtimalı peyvəndlərlə tam qorunan insanlara nisbətən 20 dəfə çoxdur.

COVID-19-dan ölüm riski yaşdan asılı olaraq dəyişir. Məsələn, 30 yaşında peyvənd olunmayanlar üçün koronavirusdan ölmək riski peyvənd olunmuş həmyaşıdları ilə müqayisədə 48 dəfə yüksək olub. 40 yaşlı insanlar qrupunda isə risk 63 dəfə artıqdı. Dünyada koronavirus pandemiyası fonunda gözlənilən ömür uzunluğunun azalması da müşahidə olunur. Lakin təcrübə göstərir ki, tam vaksinasiya aparılan yaşayış məntəqələrində insanlar daha çox yaşayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.