Sağlamlıq

Vaksin olunanlar COVID-19-u simptomsuz keçirir

14 Noyabr 2021 21:00
0 Şərh     Baxış: 1 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli Prof.Dr Özgür Enyurd vaksin olunanların COVID-19-u simptomsuz keçirdiyini açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert vaksin olunan insanları qaydalara daha ehtiyatlı davranmağa səsləyib.

"Peyvənd olunan insanlar maska taxmırlar. Vaksin infeksiyadan 100 faiz qorumur. Unutmayın ki, vaksin olunan insanlar da virus daşıyıcısı hesab olunur. Bir çox hallarda xəstəliyi heç bir simptom olmadan keçirirlər. Odur ki, virus daha asanlıqla yayılır. Pandemiya bitmədiyi müddətdə maska və sosial məsafə qaydalarına riayət etməliyik. Vətəndaşlar üzərinə düşən öhdəlikləri unutmasınlar".

Həkim əlavə edib ki, tam vaksin olunan insanlar arasında ağırlaşma hallarına demək olar ki, rast gəlinmir: "Ölümlər də olmur. Testin cavabları digər vaksinlərdə olduğu kimi pozitiv ola bilər. Vaksinasiyanın əsas hədəfi xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaqdır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.