Sağlamlıq

Bu uşaqlar müayinə edilməlidir - Pediatrdan xəbərdarlıq

8 Noyabr 2021 23:20
0 Şərh     Baxış: 1 358
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Vaxtından əvvəl doğulmuş uşaqlarda əmmə refleksi olmadığından bəzən zond vasitəsi ilə qidalandırılırlar. Amma həmin uşaqlar üçün ana südü də çox vacibdir. Ana südü uşaqlarda mədə-bağırsaq problemi yaratmır".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bəzən vaxtından əvvəl doğulmuş uşaqlarda gözün torlu qişasında problem olur: "Hətta korluqla nəticələnir. Valideynlər belə problem yaşamamaq üçün körpələri müayinədən keçirməlidirlər. Ümumiyyətlə, vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.