Sağlamlıq

Antibiotik qəbul etməyin, əgər... - Həkimdən XƏBƏRDARLIQ

31 Oktyabr 2021 22:10
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim və teleaparıcı Aleksandr Myasnikov öskürək və viruslu bronxitin müalicəsində antibiotik qəbulundan imtina etməyə çağırıb.

Milli.Az xəbər verir ki, həkim bu barədə "Rusiya-1" telekanalına danışıb.

O vurğulayıb ki, antibiotiklərin nəzarətsiz istifadəsi ciddi fəsadlara yol açır: "Bu dərmanların ilk gündən nəzarətsiz istifadəsi səbəbindən onlara müqavimət göstərməyi öyrənmişik. Hər hansı bir bronxit 80% virusdur. Bronxiti antibiotiklərlə müalicə etməyi dayandırın! Sinusit zamanı antibiotiklər vermək lazım deyil. Hətta bakterial sinusitin 80 faizi ilk 10 gündə antibiotiksiz keçir".

Həkim əlavə edib ki, xəstəxanadan kənarda antibiotiklər 40 dərəcə hərarətlə sübut olunmuş streptokok boğaz ağrısının, ürək xəstəliklərinin və cinsiyyət orqanlarının infeksiyalarının qarşısının alınması məqsədi ilə, yaxud bir insanda pnevmoniya varsa, qəbul edilə bilər.

"Digər hallarda antibiotiklərin evdə istifadəsi yolverilməzdir", - Myasnikov bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.