Sağlamlıq

Təzyiqi artıran səbəblər - Birdən-birə yüksələrsə ilk bunları edin!

18 Avqust 2021 23:10
0 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada yüksək təzyiq problemi getdikcə artır. Demək oalr ki, hər 3 nəfərdən birində buna rastlanılır. Həmçinini, bu xəstəlik özü ilə bərabərində bir sıra problemlərə də yol açır.

Bəs təzyiqi artıran faktorlar hansılardır?

Milli.Az xəbər verir ki, həkimlər bildirirlər ki, bəzi dərmanlar təzyiqin yüksəlməsinə səbəb olur. Bunlar arasında soyuqdəymədə istifadə olunanlar, bəzi ağrıkəsicilər, depressiya, iştahkəsici dərmanlar, burun spreyləri ola bilər.

Bəzi içdiyimiz bitkilər də təzyiqi qaldırır.
Bəzən qəhvənin də təzyiqi artırdığını deyirlər. Amma buna dair hansısa araşdırma yoxdur. Əgər qəhvə içdikdən sonra ürək döyüntüsü və ya gərginliyiniz varsa, uzaq durmalısınız.

Bəs təzyiqimiz birdən-birə yüksələrsə nə etməliyik?

Bu kimi hallarda təlaşlanmayın. Tez-tez təzyiqinizi ölçməyin. İstirahət edin və rahatlanmağa çalışın.
Əgər təzyiqiniz daima yüksəkdirsə, həkiminin məsləhət gördüyü tez təsiredən, dilaltı dərmanlardan faydalanın.
Səhər oyandıqdan sonra dərhal yoxladıqda biraz yüksək göstərə bilər. 1-2 saat sonrakı yoxlanış daha düzgündür.
İdrar kisəsi dolu və ya sidiyə getməkdə çətinlik çəkirsinizsə ölçmələr yüksək göstərə bilər.
Rahat olduqdan, dincəldikdən sonrakı yoxlamalar daha düzgündür. Yarım saat istirahət etdikdən sonra təzyiqinizi ölçə bilərsiniz.
Həyəcanlı, əsəbi olduğunuz anlarda yüksək olacağını unutmayın.
Gündə 2 dəfə yoxlaya bilərsiniz: Səhər və axşam.
Soyuq məkanlarda da təzyiqiniz yüksək ola bilər.
Daima oturaq şəkildə yoxlayın, hərəkət etməyin. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.