Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Qalxanvari vəz boyunun ön hissəsində, nəfəs borusunun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında endokrin sistemin ən əhəmiyyətli vəzlərindən biridir. O maddələr mübadiləsini, ürək-damar sistemini, boy artımını və orqanizmin inkişaf prosesini tənzimləyir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib: "Xəstəliyin ilkin əlamətləri pilləkən çıxanda və qab yuyanda əllərdə yorulma hissinin baş verməsidir. Ürək döyünmələri çox olur, hətta 100-120-yə qədər yüksəlir, yaşlılarda həmin əlamətlər özünü çox aydın şəkildə büruzə verməyə də bilər. Adətən yüngül aritmiya və ya ürək döyüntüləri artması və yüngül arıqlamaya meyillilik qalxanvari vəzdə problem olduğunu araşdırmaq üçün əsas verir".
Həmin əlamətləri özündə hiss edənlər, ilk növbədə, endokrinoloqa müraciət etməli, TTH və T4 analizləri verməli və ultrasəs müayinəsindən keçməlidirlər: "Əgər qalxanvari vəzin funksiyası artıbsa, onu azaldan dərmanlar, azalıbsa, yəni tənbəl zobdursa, əvəzedici hormon terapiyası təyin olunur. Bu, xüsusilə hamilələr üçün çox vacibdir. Qalxanabənzər vəzdə düyünü olan xəstənin mütləq cərraha üz tutması fikri doğru deyil. Əgər xoşxassəli düyündürsə, ildə bir dəfə ultrasəs müayinəsi vasitəsilə ona nəzarət edilməlidir".
Yodun səviyyəsini yoxlamaq üçün axşam yatmazdan əvvəl bədənin müxtəlif nahiyələrinə pambıqla yod yaxılır. Səhər oyananda həmin xətlər solubsa, deməli, bədəndə yod çatışmazlığı var. Həkim-endokrinoloqun dediyinə görə, belə xəstəliyi olanlar xüsusilə yeməklərdə yodlaşdırılmış duz qəbul etməlidirlər: "Son vaxtlar daha çox qaya duzundan istifadə edirlər. Qaya duzu mikroelementlərlə zəngindir, lakin yodlu deyil. Həm də qaya duzunun keyfiyyəti də əhəmiyyətli məsələdir, çünki onun tərkibində hansısa bir radioaktiv maddə və ya ağır metal duzun olması mənfi problemlərə səbəb olar. Dəniz duzundan istifadə etmək daha məsləhətlidir".
Yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - sarımsaq, qarağat, feyxoa, qoz, kartof, kök, çuğundur və s. üstünlük verilməldir. Həkimlər yağlı xörəkləri də qida rasionundan çıxarmağı məsləhət görürlər.
Xəstəliklərin əsas səbəbi passiv həyat tərzi, hərəkətsizlik, düzgün olmayan qidalanma, stres və pis vərdişlərdir. Ona görə də təbiət qoynunda çox vaxt keçirmək, gəzintiyə çıxmaq, sağlamlığa vaxt ayırmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı





