Çəki azlığından əziyyət çəkənlər üçün məsləhətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsasən genetik və hormonal pozuntu səbəbindən yaranan çəki azlığı uşaqların inkişafına mənfi təsir göstərir, gənc və orta nəsildə iş potensialını aşağı salır. Kökələ bilməyən şəxslərdə əksər hallarda əzələnin və ürəyin fəaliyyəti zəifləyir, eyni zamanda diqqət pozuntusu intensivləşir. Araşdırmalara əsasən, çəki azlığı, həmçinin erkən qocalmaya da səbəb olur.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a açıqlamasında çəki azlığından əziyyət çəkənlərə bir sıra məsləhətlər verib.
O qeyd edib ki, çəki azlığının bir sıra səbəbləri var: "Bəzi şəxslər yeməkdən imtina etdikləri halda, bəziləri çox yesələr də, kökələ bilmirlər. İştahanın olmaması adətən nevrogen və endokrin mənşəli olur. Məsələn, anoreksiya nevrozu zamanı xəstələr yeməkdən "küsürlər", həddən artıq arıq olurlar. Endokrinoloji problemlər də bəzən iştahanın itməsinə gətirib çıxarır. Belə olan halda, iştahanı azaldan amillər müalicə olunaraq aradan qaldırılmalıdır. Daha sonra xəstəyə uyğun proqram təyin edərək, kökəlməsini təmin etmək mümkündür".
E.Eldaroğlunun dediyinə görə, qidalanması normal olsa da, kökələ bilməyənlərdə hansısa xroniki xəstəliklər, infeksion və ya parazitlər, xüsusilə qurd xəstəlikləri ola bilər: "Xəstəliklərin müalicəsi ilə yanaşı xəstələr qidalanmaya mütləq diqqət yetirməli və idmanla məşğul olmalıdırlar. Kökələ bilməyən insanlar gün ərzində birinci və ikinci səhər yeməyi, günorta və axşam yeməkləri olmaqla 4 dəfə qidalanmalıdırlar. "Fast food"lardan uzaq durmaq lazımdır. Çünki belə qidalar kalori sayəsində doyma hissi versə də, orqanizmi lazım olan vitamin deposu ilə təmin etmir. Çəki azlığından şikayət edənlər ikinci səhər yeməyində kisel və ya meyvə suyu içə bilərlər. Ümumiyyətlə müxtəlif səbəblərdən kökələ bilməyənlər mütləq şəkildə mütəxəssisə müraciət edərək məsləhət almalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Saxta xamanı necə tanımaq olar?
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
XƏBƏR LENTİ
-
Çağla Şikel yeni sevgilisi ilə... - FOTOlar
-
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
-
Azərbaycan millisində yeni futbolçu
-
"Hamıya şəhərdə ev almışdım"
-
Linus Torvalds: "Süni intellekt inqilab deyil, sadəcə yeni bir alətdir"
-
Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?
-
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
-
Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi
-
Saxta xamanı necə tanımaq olar?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Ənənədən gələn xırtıldayan ləzzət: Yağ mantısı resepti
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
-
Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO
-
"Al market"in tavanı çökdü - VİDEO
-
Gəlini ilə münasibətlərindən DANIŞDI
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"
-
Dünya çempionatını buraxacaq
-
Şakiradan maraqlı ETİRAF
-
Zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - Yenilənib - FOTO





