Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Havana şəhərində rəsmi qəbul keçirilib.
Azərbaycanın Kubadakı Səfirliyindən Milli.Az-a bildirilib ki, qəbulda fəxri qonaq qismində Kubanın ədliyyə naziri xanım Rosabel Qamon Verde və xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo, həmçinin, Kuba XİN-in, Mərkəzi Komitənin, dövlət qurumlarının, diplomatik korpusun, KİV və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikası və Kuba Respublikasının Dövlət himnləri səsləndirilib.
Sonra ölkəmizin Kubdakı səfiri Ruslan Rzayev çıxış edərək, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu Respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.
R.Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.
R.Rzayev Azərbaycanın son illərdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Kuba əlaqələrinə toxunan R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar "İçərişəhər: Canlı şəhər irsi" sərgisi nümayiş olunub. Sonda qonaqlara, həmçinin, Azərbaycan mətbəxinin şirin təamları təqdim olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
-
II kurs tələbəsi vəfat etdi
-
Bu binalarda evi olanlar UDDU
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Şuşada bayram namazı qılınıb - FOTO
-
Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO
XƏBƏR LENTİ
-
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
-
Alçanın bu xeyrini bilirdiniz?
-
Çağla Şikel yeni sevgilisi ilə... - FOTOlar
-
Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir - Gürcüstan Prezidenti
-
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
-
Azərbaycan millisində yeni futbolçu
-
"Hamıya şəhərdə ev almışdım"
-
Linus Torvalds: "Süni intellekt inqilab deyil, sadəcə yeni bir alətdir"
-
Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?
-
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
-
Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi
-
Saxta xamanı necə tanımaq olar?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Ənənədən gələn xırtıldayan ləzzət: Yağ mantısı resepti
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
-
Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO
-
"Al market"in tavanı çökdü - VİDEO
-
Gəlini ilə münasibətlərindən DANIŞDI
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"





