Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kənd təsərrüfatı sahəsində aparılan islahatların əsas məqsədlərindən biri Azərbaycanın daxili ərzaq təhlükəsizliyini möhkəmləndirmək, regionların iqtisadi potensialını artırmaq və kənd əhalisinin rifahını yüksəltməkdir. Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər də göstərdi ki, aqrar sektor artıq yalnız ənənəvi istehsal sahəsi kimi deyil, həm də strateji iqtisadi istiqamət kimi dəyərləndirilir. Məhz bu səbəbdən də dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi və bu sahədə idarəetmənin daha çevik mexanizmlərlə təkmilləşdirilməsi oldu."
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, son illərdə Azərbaycanın kənd təsərrüfatında müşahidə olunan dəyişikliklər təsadüfi xarakter daşımır: "Dövlətin həyata keçirdiyi subsidiya siyasəti, texniki təminatın yaxşılaşdırılması, meliorasiya layihələrinin genişləndirilməsi və fermerlərə göstərilən dəstək aqrar sahənin dayanıqlı inkişafı üçün ciddi baza yaradıb. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, torpaqdan səmərəli istifadə, su ehtiyatlarının qorunması və məhsuldarlığın artırılması qarşıdakı mərhələdə əsas prioritetlərdən biri olacaq. Bu yanaşma bir daha təsdiqləyir ki, ölkədə kənd təsərrüfatı yalnız cari iqtisadi tələbatın deyil, həm də uzunmüddətli milli strategiyanın mühüm hissəsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın yenidən formalaşdırılması mühüm iqtisadi perspektivlər vəd edir. Qarabağ və Şərqi Zəngəzur bölgələri həm münbit torpaqları, həm də geniş su ehtiyatları ilə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir. Dövlət başçısının çıxışında bu ərazilərdə müasir kənd təsərrüfatı modelinin tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq ənənəvi təsərrüfat üsullarından daha innovativ və rəqabətqabiliyyətli istehsal sisteminə keçidi hədəfləyir. Bu isə gələcəkdə həm ixrac imkanlarının genişlənməsinə, həm də yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Müşavirədə diqqət çəkən digər mühüm istiqamət isə kənd təsərrüfatında emal sənayesinin inkişaf etdirilməsi məsələsi idi. Təkcə məhsul istehsalının artırılması kifayət etmir. Əsas məqsəd həmin məhsulların əlavə dəyər yaradan emal zəncirinə daxil edilməsidir. Bu baxımdan regionlarda aqroparkların və emal müəssisələrinin yaradılması həm yerli iqtisadi fəallığın artmasına, həm də kəndlərdən şəhərlərə miqrasiyanın azalmasına müsbət təsir göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlət kənd təsərrüfatını bütöv iqtisadi sistemin ayrılmaz hissəsi kimi nəzərdən keçirir. Qlobal iqtisadi proseslər fonunda ərzaq təhlükəsizliyi məsələsinin aktuallığı daha da artır. Dünyada baş verən geosiyasi və iqlim dəyişiklikləri bir çox ölkələrdə ərzaq təminatını risk altına salır. Belə bir şəraitdə Azərbaycanın aqrar sahəyə xüsusi diqqət ayırması strateji baxımdan olduqca vacibdir. Dövlət başçısının müşavirədə səsləndirdiyi tezislər göstərir ki, ölkə rəhbərliyi kənd təsərrüfatını iqtisadi təhlükəsizliyin əsas sütunlarından biri hesab edir. Bu yanaşma isə Azərbaycanın gələcək inkişaf modelində aqrar sektorun rolunun daha da güclənəcəyindən xəbər verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu binalarda evi olanlar UDDU
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Şuşada bayram namazı qılınıb - FOTO
-
Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz
-
Məscidlərdə bayram namazı qılındı - Yenilənib - FOTO
XƏBƏR LENTİ
-
79 yaşlı seysmoloq arvadından BOŞANIR
-
Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər
-
Nəfəsin oriental rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Narkotik çəkən hunday sürücüsü TUTULDU - FOTO
-
Sabah dəniz havası olacaq
-
Bələdiyyə sədri Günay həbs olundu - FOTO
-
Bu binalarda evi olanlar UDDU
-
Nazir ilanı yalın əllə tutdu
-
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
-
"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
22 yaşlı bloqerin müəmmalı ÖLÜMÜ - FOTO
-
Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir
-
Polis əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirildi
-
Məmmədbağır Bağırzadənin oğlu efirdə hönkür-hönkür AĞLADI - VİDEO
-
Şuşada bayram namazı qılınıb - FOTO
-
Hoteldə 2 qadına xəsarət yetirib qızıllarını OĞURLADI - FOTO
-
“ABŞ gələn həftə bu ölkəyə hücum planlaşdırır”
-
Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz
-
Tramp ona yeni vəzifə verdi
-
ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib - FOTO





