Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koreya Xalq Demokratik Respublikasında (KXDR) çoxməqsədli yüngül raketlərin ən yeni buraxılış sisteminin, həmçinin taktiki qanadlı raketlərin zərbə atəşi sisteminin sınaqları keçirilib.
Milli.Az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir.
Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn Milli Müdafiə Akademiyasının poliqonunda keçirilən tədbirdə şəxsən iştirak edib.
Sınaqlar çərçivəsində xüsusi taktiki ballistik raketin döyüş hissəsinin gücünün yoxlanılması, uçuş məsafəsi artırılmış 240 millimetrlik idarə olunan reaktiv mərminin naviqasiya sisteminin etibarlılığının qiymətləndirilməsi, həmçinin süni intellekt texnologiyaları ilə təchiz edilmiş taktiki qanadlı raketin dəqiqliyinin müəyyən edilməsi həyata keçirilib. Kim Çen İn əldə edilmiş nəticələrə yüksək qiymət verərək onları Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin artırılması işində əhəmiyyətli texniki sıçrayış kimi xarakterizə edib.
KMTA-nın məlumatına görə, cənub sərhəd rayonunda yerləşdirilmiş uzaqmənzilli artilleriya briqadalarının silahlanmasına veriləcək yeni taktiki qanadlı raketə xüsusi diqqət yetirilib. Bu raket süni intellekt texnologiyası ilə birləşdirilmiş yüksək dəqiqlikli naviqasiya sistemi ilə təchiz olunub və terminal yönləndirmə üçün nəzərdə tutulub, həmçinin süzən və mühərrikli uçuş rejimlərindən istifadə edərək 100 km-ə qədər məsafədə obyektləri məhv etmə qabiliyyətinə malikdir.
Tədbirlərdə yüksək rütbəli hərbi rəhbərlər iştirak edib. Sınaqlar milli müdafiənin inkişafına dair beşillik planın həyata keçirilməsi kontekstində aparılır və bu planın əsas istiqamətlərindən biri artilleriya və raket qüvvələrinin modernizasiyasıdır. /"Report"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
XƏBƏR LENTİ
-
Yeni televizor alanların etdiyi əsas səhv: "Demo Modu"nu dərhal söndürün
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)





