Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
Sabah Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti tranzit yükdaşınması həyata keçiriləcək.
Milli.Az xəbər verir ki, Ermənistana 2 vaqon karbamid və 1 vaqon un çatdırılacaq.
Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto - 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.
Martın 25-də ümumi çəkisi 350 ton olan 5 vaqon buğdadan ibarət yük göndərilib. Aprelin 11-də 15 vaqon (887 ton) dizel yanacağı yola salınıb. Aprelin 14-də isə Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac edilib.
Aprelin 21-də ümumi həcmi 974 ton dizel yanacağı daşıyan 16 vaqondan ibarət yük qatarı Azərbaycandan Ermənistana yola düşüb.
Aprelin 24-də Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana tranzit qaydada növbəti yükdaşınma həyata keçirilib - 350 ton taxıl daşınıb.
30 aprel tarixində ümumi çəkisi 279 ton olan 4 vaqon taxıl və çəkisi 203 ton olan 3 vaqon gübrə göndərilib. Mayın 3-də Rusiyaya məxsus 536 ton gübrə daşıyan 8 vaqon, mayın 4-də isə 678 ton Rusiya gübrəsi yüklənmiş 10 vaqon yola salınıb. Mayın 6-da ümumi çəkisi 271 ton olan Rusiya gübrəsi daşıyan 4 vaqon və 275 ton Rusiya taxılı yüklənmiş daha 4 vaqon göndərilib.
Mayın 7-də Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana 2 vaqon alüminium və 9 vaqon taxıl göndərilib.
Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı, mayın 10-da isə ümumi həcmi 986 ton olan 16 vaqon dizel yanacağı göndərilib.
Mayın 14-də Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana tranzit qaydada 14 vaqondan ibarət 977 ton buğda daşınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Rusiyadan Ermənistana xəbərdarlıq
-
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
"Hamıya şəhərdə ev almışdım"
-
Linus Torvalds: "Süni intellekt inqilab deyil, sadəcə yeni bir alətdir"
-
Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?
-
Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi
-
Saxta xamanı necə tanımaq olar?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Ənənədən gələn xırtıldayan ləzzət: Yağ mantısı resepti
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
-
Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO
-
"Al market"in tavanı çökdü - VİDEO
-
Gəlini ilə münasibətlərindən DANIŞDI
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"
-
Dünya çempionatını buraxacaq
-
Şakiradan maraqlı ETİRAF
-
Zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - Yenilənib - FOTO
-
40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR
-
"Susduqca, daha çox söyülürəm"
-
Alimlər "üçüncü göz"ü aşkarladılar
-
Rusiyadan Ermənistana xəbərdarlıq





