40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yer kürəsinin əhalisi ciddi ekoloji böhran baş verəcəyi təqdirdə 2064-cü ilə qədər iki dəfə azala bilər.
Milli.Az xəbər verir ki, bu barədə müvafiq tədqiqatın müəlliflərindən biri Alessio Cakkone (Alessio Zaccone) Phys.org portalında dərc olunan məqaləsində bildirib.
Alim vurğulayıb ki, bu ssenari qəti proqnoz deyil, sadəcə mümkün variantları göstərən riyazi modeldir.
Tədqiqatçılar hesablamalar aparmaq üçün son 12 min ildə bəşəriyyətin artım dinamikasını əks etdirən xüsusi tənlikdən istifadə ediblər. Onların sözlərinə görə, hazırkı təbii tendensiya öz-özlüyündə "dünyanın sonu"na gətirib çıxarmır. Lakin qlobal iqlim fəlakəti, irimiqyaslı pandemiyalar, dağıdıcı müharibələr və ya resurs çatışmazlığı qeydə alınarsa, vəziyyət kökündən dəyişə bilər.
Hazırlanan modelə əsasən, belə bir neqativ ssenaridə planetimiz yalnız təxminən iki milyard insanı qidalandırmaq və yaşatmaq gücündə olacaq.
Mütəxəssis xatırladıb ki, alimlər daha əvvəl də Yer əhalisinin mövcud istehlak səviyyəsinin davamlılıq həddini çoxdan aşdığı barədə xəbərdarlıq ediblər. Ekoloqların fikrincə, təbii ehtiyatların tamamilə tükənməməsi üçün planetdə ideal olaraq təxminən 2.5 milyard insan yaşamalıdır. Hazırda isə dünya əhalisinin ümumi sayı artıq 8 milyard nəfəri ötüb. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"
-
Dünya çempionatını buraxacaq
-
Şakiradan maraqlı ETİRAF
-
Zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - Yenilənib - FOTO
-
40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR
-
"Susduqca, daha çox söyülürəm"
-
Alimlər "üçüncü göz"ü aşkarladılar
-
Rusiyadan Ermənistana xəbərdarlıq
-
Kanadaya getmək istəyənlərin NƏZƏRİNƏ: Məhdudiyyət qoydu
-
Hilal İsayev bıçaqlandı - Vəziyyəti ağırdır
-
Sürücülərə şad XƏBƏR: Alternativ yol salınır
-
2 ayaqlı timsah qalıqları AŞKARLANDI
-
"Neftçi"yə qayıtdı - FOTO
-
Biz gün üzü görmürük, bu Avropa ölkəsində 82 illik REKORD
-
Mourinyo Arda barədə qərar verdi
-
Bayram günü kabab bişirmək istədilər - Xəstəxanalıq oldular
-
İllər sonra atası Maykl Ceksonun DANIŞDI
-
640 min dollarlıq yeni Ferrari lağ obyektinə çevrildi – FOTOlar
-
"Mango" şirkətinin qurucusunun oğlu vəzifəsindən GETDİ
-
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Əməkdar artist canlı yayımda AĞLADI - VİDEO
-
6 il gizlənən narkobaron belə TUTULDU





