Sağlamlıq

Haqqında eşitmədiyiniz 5 nadir onkoloji xəstəlik - Necə yaranır, əlamətləri

12 May 2021 22:03
Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il minlərlə xəstədə aşkarlanan onkoloji növlərdən əlavə elə şiş xəstəlikləri var ki, onlar gec aşkarlanır, nadir rast gəlinir, çətin diaqnoz olunur, müalicəyə tabe olmur.

Həkimlər tərəfindən də bu növlərə qarşı az diqqət var. İnsanlar bu orqanında şiş ola biləcəyini demək olar ki, bilmir.

Milli.Az az da olsa Azərbaycanda da rast gəlinən 5 nadir onkoloji xəstəlik barədə məlumatı təqdim edir:

- Qız uşaqlarında Süd vəzilərin sekretor karsinoması

Süd vəzilərində xərçəng yaranma riski yaş artdıqca artır və bu daha çox yaşlı qadınlarda görülür. Amma nadir yarım tip olan Sekretor karsinoma 3-15 yaş arası qız uşaqlarında rast gəlinir.

Bu növ xərçəng ilk dəfə 1966-cı ildə 4 yaşlı qızda aşkar edilmişdi. Bu növ şiş yeniyetmə və gənclik dövründə oğlan və qızlarda rast gəlinə bilər. Bu şiş nadir halda metastaza uğrayır, əməliyyatla tam müalicə edilə bilər.

2. Tüpürcək vəzilərinin şişi

1 milyon insanın 10 nəfərində rast gəlinir. Amma son zamanlar Bakıda da çox diaqnoz olunur. Daha çox gənc və orta yaşlı kişilərdə aşkarlanır.

Adından da göründüyü kimi üzdə, ağızda tüpürcək vəzilərində yaranır, bu zaman üzdə şişkinlik, keyimə, mimikanın donması, çənədə deformasiya görülür. Deyilənə görə, daha çox siqaret və içki aludəçilərində rast gəlinir.

Çoxlu radasion şüalanmaya məruz qalan, məsələn dişlərini tez-tez rentgen etdilənlər, zərərli peşədə işləyənlər, asbest, kremniy, nikel kimi metallarla təması olanlarda da yarana bilər. A qressiv tipdir, sürətlə metastaz verir, şüa terapiyası ilə müalicə edilir.

3. Mədəaltı vəzin xərçəngi

Bütün xərçəng xəstələri arasında 2,5 faizlə rast gəlinir. Amma nədənsə son illər Azərbaycanda aşkarlanma sayı çoxalıb. Hər 100 min əhalinin 10-20 nəfərində ola bilər. Hesablamalara görə, 2050-ci ildə ağciyər xərçəngindən sonra ikinci yeri tutacaq və daha çox kişilərdə yayılır.

Diaqnoz çətin qoyulur, çünki digər mədə ağrıları ilə qarışdırılır. Mədəaltı vəz kiçik orqan olduğu üçün ətrafa metastaz çox olur, xəstəlik simptomsuz başlayır, xəstələr gec müraciət edir.
Mədə hissədə ağrı, kürəkdə sancı, ishal, arıqlama, iştahsızlıq, dərinin saralması əsas əlamətləridir.

4. Mezotelioma

Bədənin daxilində orqanların arasındakı boşluqlarda - plevra, döş qəfəsi, ürəyin yanı əmələ gələn nadir, səbəbi naməlum şişlərdir. Daha çox asbest adlı mineralla təmasdan, onun hissəciyinin bədənə daxil olmasından sonra yarana bilər. Bu xəstəlik hələ Qədim Roma dövründə rast gəlinirdi.

1973-cü ildə asbestin kanserogen təsiri sübut olunur. Asbest çıxarılması ilə məşğul olan mədən işçilərində bu növ xərçəng yarana bilər.

5. Kəskin limfoblast leykoz

Qan xəstəliyidir, ağ qan hüceyrələrinin yetişməmiş formalarının çoxalması və toplanması nəticəsində yaranır. Daha çox 1-12 yaş arası uşaqlarda rast gəlinir. Xəstəlik 60-cı illərdən məlumdur. İndi müalicəsi müsbətdir və xəstə uşaqların 70-80%- sağalıb yaşayır.

Əgər xəstəlik 30-40 yaşlı böyüklərdə rastlanarsa, müalicə ehtimalı çox azdır. Sümük iliyi köçürülməsi ilə müalicə aparıla bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.