Sağlamlıq

Bu əlamətlərə diqqət - Gecə ani ölümə səbəb ola bilər

19 Aprel 2021 23:25
Baxış: 3 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox rastlanılan yuxu xəstəlikləri arasında yuxusuzluqdan sonra 2-ci sırada yer alan yuxu apnesi günümüzdə gənclərdə, hətta uşaqlarda rastlanılır.

Milli.Az xəbər verir ki, yuxu apnesi riski kişilərdə 40 yaşdan, qadınlarda isə menopozdan sonra artır. Xüsusilə artıq çəkili olmaq ən önəmli risk faktorudur. Bundan başqa, bəzi genetik xəstəliklər, siqaret, dərmanlar və alkoqol istifadəsi də buna səbəb ola bilər.

Yuxu apnesinin əlamətləri:

Gurultulu və ara-sıra xorlamaq,
Xəstənin nəfəsinin dayanmasının ətrafdakılar tərəfindən hiss edilməsi
Boğulur kimi oyanmaq
Gecə tualetə durmaq ehtiyacı hiss etmək
Gecə xüsusilə ənsə və sinədə tərləmənin olması
Səhər yorğun oyanmaq
Gün ərzində yuxulu və yorğun olmaq
Səhər baş ağrısı ilə oyanmaq
Unutqanlıq, diqqət əksikliyi

Həkimlər bildirirlər ki, bu kimi hallarda diqqətli olmaq lazımdır. Çünki bu ani ölümə belə səbəb ola bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.