Bədəninizdə xroniki iltihab olduğunu göstərən 5 əlamət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir insan orqanizmində, ümumi bədəndə hansısa xroniki iltihab, el dilində soyuqlama olub-olmadığını bilməli və bunu il ərzində bəzi analizlərlə yoxlamalıdır.
Milli.Az iltihabın niyə yarandığını və əlamətlərini təqdim edir.
İltihab - orqanizmin yad virus, bakteriya və xəstəliklərə təbii, əks reaksiyadır və bu tam normal bir haldır.
Bu proses qısamüddətli olmalıdır, immun sistem tərəfindən tənzimlənməlidir, problem həll olunandan sonra sağalma gedir və hər şey unudulmalıdır. Bu da normaldır.
Hər bir insan ilboyu bir neçə dəfə iltihabla üzləşə bilər.
Lakin bəzən bu proses başlayır, amma bitmir, davamlı olur, xroniki hala keçir. Məhz xroniki iltihab normal deyil.
Xroniki iltihab - simptomsuz olaraq illərlə davam edir, gizli olur, bəzən kəskinləşir, hüceyrələri qocaldır, immuniteti zəiflədir, ciddi xəstəliklərə səbəb olur: diabet, ürək-damar xəstəlikləri, revmatizm, artrit, şiş xəstəlikləri bunlar hamısı xroniki iltihabın nəticəsində baş verir.
İmmunitet getdikcə iltihabla mübarizə apara bilmir, insan xəstəliklərə açıq qapı olur.
Əgər sizin səhhətinizlə bağlı problemlər baş verirsə, amma konkret bir diaqnoz tapılmırsa, bu xroniki iltihabın siqnalı ola bilər.
İltihabın digər əlamətləri:
- Müxtəlif ağrılar
- Yorğunluq
- Yuxusuzluq
- Təşviş, stress
- Qəbizlik, ishal və mədədə qıcqırma, reflüks
- Piylənmə, çəki, qarşısı alınmayan iştah
- Il ərzində tez-tez xəstələnmək
- Qanın göstəricilərinin tez-tez zəifləməsi
- Oynaqlarda sızıltı
- Tez-tez virusa yoluxmaq
Hansı analizləri verməli?
- C reaktiv zülal - qanda iltihab markeridir. Qaraciyərdə sintez olunur və iltihabi sitokenlərə cavabdehdir.
- İnterleykin 6 - iltihabi sitokindir. İltihaba immun cavabı göstərir.
Əgər bu ikisi yüksək çıxarsa, deməli iltihabi proses gedir. Bu qan testini sistem qırmızı qurdeşənəyi, artrit, artrozlarda təyin edilir.
- Ferritin - orqanizmdə dəmirin yaranması və təminatına cavabdeh zülaldır. İstənilən iltihabi prosesdə ferritin xeyli yüksəlir. Xroniki iltihabda ferritin qana düşür və yüksəlir.
- Fibrinogen - bu zülal trombin fermenti sayəsində aktivləşir. O, yeni qan damarları yaranması və onların bərpasına cavabdehdir. Xroniki iltihabda fibrinogen aktivləşir və analizdə yüksək çıxır.
Xroniki itltihab nədən yaranır?
- Uzunmüddətli infeksiyalar, göbələklər, ağız boşluğunda xəstəliklər, diş problemi, viruslar.
- Ətraf mühitdən toksinlər, ağır metallar, mışyak, qurğuşun, civə sudan, havadan, əşyalardan, dərmanlardan orqanizmə daxil olur. Eləcə də qidalardan pestisidlər, zərərli maddələr, çirkli hava, tüstü, siqaret, kimyəvi maddələr mədə-bağırsaq, tənəffüs sistemində, selikli qişalarda iltihab yaradır.
- Zərərli qidalanma, transyağlar, şəkər, şirniyyat, fast food, qazlı içkilər, rəngli qidalar iltihabı artırır.
- Az hərəkət, artıq çəki, piylənmə
- Stres, əsəb, depressiya, təşviş - xroniki stress iltihab göstəricilərini yüksəldir. Immuniteti zəiflədir. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





