Həkim-oftalmoloq: Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda dünyada qlaukoma ilə üzləşən 107 milyondan artıq xəstədən təxminən 10 faizi görmə qabiliyyətini itirib. Xəstəliyin geniş yayılması, ağır kliniki gedişatı, davametmə müddəti, müalicəyə sərf olunan xərclər qlaukomayla mübarizənin sosial vacibliyini müəyyən edir.
Milli.Az bildirir ki, həkim-oftalmoloq Aynurə Əliyeva AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verərək deyib: "Qlaukoma korluğun başlıca səbəblərindən biridir, ona istənilən yaşda rast gəlinir, lakin yaş artdıqca rastgəlmə tezliyi də artır. Yaşlılarda və qocalarda daha çox aşkarlanır. El arasında "qara su" kimi tanınan qlaukoma xəstəliyi daimi və ya periodik olaraq gözdaxili təzyiqin yüksəlməsi ilə, görmə sinirinin müxtəlif dərəcədə zədələnməsilə, görmədə xarakterik dəyişikliklərlə müşahidə olunur. Xəstəliyin mərhələsindən asılı olaraq görmənin zəifləməsi, görmə sahəsində çatışmazlıqlar xəstələri oftalmoloqa müraciət etməyə vadar edir, təəssüf ki, çox vaxt həmin geridönməz dəyişikliklər artıq xəstəliyin inkişaf etmiş mərhələsində aşkarlanır. Xroniki davam edən qlaukoma görmədəki dəyişiklikləri hiss olunmadan və ləng proqressivləşmə ilə keçdiyinə görə bəzən təsadüfi müayinə zamanı üzə çıxır".
Həkim-oftalmoloqun dediyinə görə, gözdaxili maye istehsalı və göz daxili mayenin dövranının pozulması nəticəsində yüksələn gözdaxili təzyiq görmə siniri hüceyrələrində geridönməz dəyişikliklər nəticəsində görmə zəifliyi və korluğa aparıb çıxarır: "Bütün bunları nəzərə alaraq 40 yaşından yuxarı hər kəs, xüsusilə irsi risk qrupunda olanlar, ailə üzvlərində qlaukoma diaqnozu qoyulanlar, bəzi göz və ümumi yanaşı xəstəlikləri, o cümlədən yüksək dərəcəli hipermetropiya, miopiya, şəkərli diabet xəstəliyi, steroid preparatlar istifadə edənlər, bir çox sindromları olanlar mütəmadi müayinədən keçməlidirlər".
"Anadangəlmə, birincili, ikincili, açıq bucaqlı, qapalı bucaqlı, normatenziv qlaukoma növlərindən istəniləni hər iki cinsdə rast gəlinməsi mümkündür, əvvəl bir gözdə daha sonra digərində, yaxud hər iki gözdə eyni vaxtda müşahidə edilə bilər. Gözdaxili təzyiqin şərti 21 mm civə sütunundan yüksək olması (tətbiq olunan tonometriya növündən, gözün anatomik quruluşundan asılı olaraq), görmə sinirində OCT (optik konqerent tomoqrafiya) müayinəsində izlənən dəyişikliklər və görmə sahəsindəki spesifik çatışmazlıqlar qlaukoma diaqnozunu təsdiqləyir. Qlaukomanın müalicəsi medikamentoz, lazer müdaxiləsi və cərrahi yolla aparılır.
Başlanğıc mərhələdə və vaxtında aşkarlanıb düzgün müalicəsi aparılan qlaukoma qorxulu deyil. Üç aydan bir müayinə olunmaqla və təyin olunmuş göz damlalarını düzgün, səbirlə hər gün vaxtında istifadə etməklə qlaukomalı xəstələr görmə qabiliyyətlərini qoruya bilərlər", - deyə həkim-oftalmoloq bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb





