Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib. O deyib: "Payız-qış mövsümündə kəskin respirator xəstəliklərin yayılmasının artımı dövrü sayılır. COVID-19 da kəskin respirator virus olduğuna görə bu artım gözlənilən idi. Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Onun koronavirusa heç bir təsiri olmasa da, eyni zamanda, xəstə həm qrip, həm də COVID-19-a yoluxarsa, peyvənd edilməsi xəstəliyin gedişatının yüngül keçməsinə səbəb ola bilər".
Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: "Əsasən evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Bura S, D vitaminləri, maqnezium, hərarəti aşağı salan "Parasetamol" və digər dərmanlar aiddir. Xəstədə hansı əlamət varsa, həkim tərəfindən nəzarət edilir, yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yəni, yoluxanların əksəriyyəti onu yüngül formada keçirir. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti sağalır".
Bəzən evdə müalicə olan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. "Virus infeksiyalarında, ümumiyyətlə antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur. Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında istifadə etmək olar. Əgər virusa, yəni sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa, onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır", - deyə işçi qrupun üzvü bildirib.
Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ onun sağalma müddətidir. Əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





