Sağlamlıq

Tanınmış həkimdən koronavirusu asan keçirmək üçün 6 QAYDA

31 Avqust 2020 22:25
Baxış: 2 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış televiziya aparıcısı, doktor Aleksandr Myasnikov koronavirus infeksiyasının ən yumşaq formada davam etməsi üçün nə edilməli olduğunu izah edib.

Milli.Az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında yazıb. Həkimin sözlərinə görə, bunun üçün 6 vacib addım atılmalıdır:

- Siqareti atmaq;

- Arıqlamaq;

- Sağlam, aşağı kalorili rasiona sadiq qalmağa çalışmaq;

- Daha tez-tez idmanla məşğul olmağa və həvəs göstərməyə çalışmaq;

- Qan təzyiqini izləmək;

- Qripə qarşı və dərman hazır olan kimi koronavirusa qarşı peyvənd vurdurmaq.

Həkimin sözlərinə görə, COVID-19 pandemiyası bütün planet üçün bir sınaqdır, infeksiyanın özü çətin ki, dəyişsin və mutasiya etsin. Daha ciddi və təhlükəli hala gəlməsi istisna edilmir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.