Sağlamlıq

Şaftalı və ərik bəzi insanlar üçün ziyanlı ola bilər

26 Oktyabr 2020 01:30
Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şaftalı və ərik şəkərli diabeti olanlar, habelə mədə turşuluğu və artıq çəkisi olan insanlar tərəfindən qəbul edilməməlidir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Mk.ru bu barədə rusiyalı həkim-dietoloq İnna Kononenkonun açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, bu meyvələr çəkini artırmasa da, bəzi xroniki xəstəlikləri şiddətləndirə bilər.

Bundan əlavə, şaftalı və ərik yüksək dərəcəli allergendir, bu səbəbdən uşaqların rasionuna diqqətlə və tədricən daxil edilməlidir.

Mütəxəssis bu meyvələrin faydalı xüsusiyyətləri barədə də danışıb.

O, sözügedən meyvələrin xüsusilə xərçənglə mübarizədə kömək etdiyini, qan təzyiqini normallaşdırdığını və qan damarlarının divarlarını yaxşı vəziyyətdə saxladığını bildirib.

Kononenko qeyd edib ki, əgər insan bəzən qıcolmadan əziyyət çəkirsə, şaftalı və ərik yemək ona kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.