Sağlamlıq

Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq açıqladı

26 Oktyabr 2020 07:35
Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı dietoloq Andrey Bobrovski kababı Qafqaz xalqlarının uzunömürlülüyünün əsası adlandırıb.

Milli.Az xəbər verir ki, o, bir çox qidalanma mütəxəssislərinin ətin ömrü qısaltması ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.

"Məşhur Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, dünyanın o yerlərində hava daha təmizdir, suyun dadı fərqlidir, meyvə-tərəvəz daha çox yetişdirilir, amma son araşdırmalara görə uzunömürlülüyə səbəb olan ən vacib amillərdən biri yağın tərkibidir", - həkim bildirib.

Dietoloqun fikrincə, ət və balıqda olan doymamış yağlar vacibdir. Qafqazda quzu əti kabab üçün istifadə olunur ki, onun da tərkibi yetkin qoçun ətindən fərqlənir. Ancaq həkim donuz əti kababının tərkib baxımından faydalı olmadığını söyləyib: "Bu vəziyyətdə quzu əti düzgün bişirilməli və yeyilməlidir. Əti manqalda qızartmaq əlverişlidir, çünki bütün artıq yağları çıxara bilər. Ət yeyərkən eyni miqdarda tərəvəz və göyərti istifadə edin". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.