Sağlamlıq

"Payızda xəstələnməmək istəyirsinizsə naharda kələm turşusu yeyin"

5 Noyabr 2025 20:08
Baxış: 504
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Payızın sonuna yaxın orqanizm hava və işıq dəyişikliklərinə uyğunlaşmağa çalışır və bu dövrdə çoxları özünü yorğun hiss edir.

Milli.Az xəbər verir ki, bunu endokrinoloq və qidalanma mütəxəssisi Darya Xaykina deyib.

"Sağlamlığın əsas şərti balanslı qidalanmadır. Rasionda antioksidantlarla zəngin mövsümi tərəvəzlər mütləq olmalıdır. Onlar orqanizmi zərərli maddələrdən qoruyur və immun sistemini gücləndirir. Bundan başqa, bağırsaq mikroflorasına xeyirli olan qidalar, yəni fermentləşdirilmiş məhsullar və süd turşusu içkiləri də gündəlik menyuda yer almalıdır.

Xaykina kələm turşusunu payız mövsümündə ən faydalı qidalardan biri adlandırıb. Onun tərkibindəki probiotiklər və C vitamini immunitetin möhkəmlənməsinə kömək edir".

Mütəxəssis həmçinin meyvə və giləmeyvələrin, xüsusilə də qaragilənin, moruğun və quşüzümünün qəbulunu artırmağı tövsiyə edib. O, donmuş giləmeyvələrin də vitaminlərini saxladığını qeyd edib. Ürək və damar sağlamlığı üçün isə balıq, qoz, kətan və ya raps yağı kimi omega-3 mənbələrinə üstünlük vermək lazımdır.

Meyvələr arasında Xaykina heyva, armud və narı xüsusilə faydalı hesab edib. Onun fikrincə, nar antioksidantlarla zəngindir və orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşmasını asanlaşdırır.

Həkim yemək mədəniyyətinin də əhəmiyyətini vurğulayıb. Faydalı qidalanmanın həm də zövq verməsi vacibdir. Günə isti ayva içkisi ilə başlamaq, naharda kələm turşulu salat yemək və axşam desert kimi armudu yoqurt və qozla bişirmək həm sağlam, həm də ruh halına müsbət təsir göstərir.

Xaykina bildirib ki, immunitetə qayğı göstərmək qısamüddətli tədbir deyil, daimi həyat tərzinə çevrilməlidir. Faydalı məhsulları tədricən rasiona daxil etmək və orqanizmin reaksiyasını müşahidə etmək sağlamlığın qorunmasına kömək edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.