Sağlamlıq

Gözəllik üçün kokos yağından istifadə etmək ən yaxşı vasitələrdən sayılır

15 İyun 2020 22:40
0 Şərh     Baxış: 2 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kokos yağı insan orqanizm üçün faydalı olan bitki yağlarından biridir. Onun əsas sirri zəngin tərkibə malik olmasıdır. Kokos yağının tərkibində 50 faizə qədər laurin turşusu var. Həmin turşu çox yaxşı dezinfeksiyaedci maddə, təbii antibiotik sayılır, virusları və bakteriyaları məhv etmək gücünə malikdir. Digər bitki yağları duru formada olduğu halda kokos yağı bərk formada olur. İri doğranılmış kokos qırıntıları presləmə yolu ilə sıxılaraq yağı çıxardılır.

Ondan əsasən maskalar şəklində istifadə edirlər. Milli.Az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Kokos yağının qatılaşması onun təbiiliyini göstərir. İstifadə etmək üçün onu mütləq su hamamında əritmək lazımdır. 1 çay qaşığı soda 1 çay qaşığı kokos yağı ilə qarışdırılır, masaj xətləri boyu beş dəqiqə üzə masaj edilməsi qara nöqtələrdən azad edir, məsamələr daralır, dərinin rəngi açılır. Yağın tərkibində turşular və vitaminlər dəriyə xüsusi təravət verir, onun müdafiə qüvvəsini artırır".

Mütəxəssislərin dediyinə görə, səhərlər və yatmazdan əvvəl kokos yağını içmək orqanizmdə immuniteti artırır, həzm sisteminin işini normalaşdırır, xoş əhval-ruhiyyə yaradır. Bununla yanaşı gözəllik üçün kokos yağından istifadə etmək ən yaxşı vasitələrdən sayılır. Ev şəraitində ondan istifadə edilməsi səmərəli təsir göstərir.

Həkim-dermatoloq deyib: "Gözətrafı qırışlar üçün kokos yağı əvəzedilməz vasitədir. İltihab əleyhinə, akne, çivzə və səpgilər zamanı çox səmərəlidir. Ləkələrin aparılmasında da ondan istifadə etmək əlverişlidir. Kokos yağı saçqıranları aradan qaldırır və saçın uzanmasını sürətləndirir. Müxtəlif şampun və sabun, duş gelləri və balzamların hazırlanmasında da geniş istifadə edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.