Sağlamlıq

Bu qan qrupundan olanlar koronavirusa daha az yoluxur

13 İyun 2020 16:42
Baxış: 2 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci qan qrupundan olan insanlar koronavirusa daha az tutulurlar.

Milli.Az Big.az-a istinadən bildirir ki, bu barədə amerikalı alimlərin 23andMe saytında yerləşdirilən araşdırmasında bildirilir.

Tədqiqatda iştirak edən 750 min xəstədən 10 mini "COVID-19" diaqnozu qoyulan xəstələr olub.

Cins, çəki və yaşa uyğun olaraq aparılan araşdırma nəticəsində məlum olub ki, birinci qan qrupundan olanlar arasında koronavirusa daha az rast gəlinir.

Üçüncü və dördüncü qan qrupundan olanlar arasında isə koronavirus xəstələri daha çoxdur - 1,5 faiz. İkinci qrupda bu göstərici 1,4 faiz, birinci qruppa isə 1,3 faiz olub.

Bu nisbət həkimlər, eləcə də yoluxanlarla sıx təmasa olan digər peşə nümayəndələri arasında daha aydın müşahidə olunub: dördüncü qan qrupundan olanlarda - 4,1 faiz, üçüncü - 4 faiz, ikinci - 3,9 faiz, birinci isə - 3,2 faiz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.