Sağlamlıq

Dietoloqlar çörək haqqında BİLMƏDİKLƏRİMİZ məqamları açıqladı

7 İyun 2020 19:15
0 Şərh     Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qidalanma mütəxəssisi Mariya Sitell çörək haqqında beş ümumi əsas məqamı açıqlayıb.

Milli.Az xəbər verir ki, mütəxəssis "Expressen" agentliyinə qara çörəyin ağdan daha sağlam olduğunu bildirib. Onun sözlərinə görə, çörəyin faydası taxılın miqdarı ilə müəyyən edilir, odur ki, qara və ya ağ ola bilən tam taxıl çörəyi ən yaxşısıdır.

Bir çoxları çörəkdən yağ aldığına inanır. Ancaq Sitell qeyd edib ki, çəki yediklərinizdən və hərəkət etməyinizdən asılıdır. Bundan əlavə, o bildirib ki, mədə həmişə çörək üzündən şişmir. Qazlar stress, oturaq həyat tərzi və qeyri-kafi maye qəbulu səbəbindən meydana gələ bilər.

Həkim əlavə edib ki, çörəkdə "pis karbohidratlar" olması iddiaları da rəvayətdir:

"Bütün taxıl çörəyi qanda şəkər səviyyəsinin dalğalanmasını azaltmağa kömək edir, daha uzun müddət tox qalmağınıza və əlavə kalori istifadə etməməyinizə imkan verir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.