Sağlamlıq

Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı

31 May 2020 18:18
Baxış: 3 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya, Kanada və Estoniyadan olan alimlər qrupu bəzi insanların çox yeməsinə baxmayaraq, artıq çəkili olmamasının sirrini tapıb. Bunun səbəbi xüsusi genin mövcudluğu imiş.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmaçıların bu tədqiqatının nəticələri "Study Finds" portalında dərc olunub.

Araşdırmada Estoniyadan 47 min könüllü iştirak edib. Alimlər gözəl bədən quruluşu olan insanlarla orta çəkili insanların genlərini müqayisə edib. Məlum olub ki, hər şey anaplastik limfoma kinaz (ALK) geninin səviyyəsindən asılıdır. Genin miqdarı orqanizmdə nə qədər aşağıdırsa, insan o qədər az çəki toplayır.

Bundan əvvəl, bu genin bir sıra onkoloji xəstəliklərdə mutasiya edə biləcəyinə inanılırdı. Onun fizioloji əhəmiyyəti öyrənilməmişdi. Nəticələri yoxlamaq üçün elm adamları laboratoriya siçanlarında ALK-nı "söndürüblər". Məlum olub ki, bu canlıların rasionu və fiziki fəaliyyətləri dəyişməsə belə, daha çox arıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.