Sağlamlıq

Ərik hansı hallarda təhlükəlidir - Baş dietoloq açıqladı

31 Avqust 2020 07:14
Baxış: 1 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həddən artıq çox ərik yemək bağırsaq mikroflorasını pozur, orda "qaynama" effekti yaradır, mədə-bağırsaq problemlərini kəskinləşdirir".

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu Rusiya paytaxtının baş dietoloqu Antonina Starodubova bildirib.

Həkim ərik mövsümündə gündə 300 qramdan artıq ərik yeməməyi tövsiyə edib.

"Ərik həqiqətən ürək, damar, sinir sistemi üçün faydalı, zəngin meyvədir. Amma çox yedikdə zərəri qaçılmazdır.

Eləcə də ərik çəyirdəklərini üyütmək, yemək olmaz.

Çəyirdəkdə zəhərli amiqdalin maddəsi var.

Hətta ən kiçik dozası belə orqanizmi sıradan çıxarıb, insanı zəhərləyə, iflic edə və öldürə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.