Sağlamlıq

Oynaq ağrılarından tam xilas üçün limon metodu - Dənizçilərin sirri

17 Avqust 2020 07:28
Baxış: 3 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarixdən məlum olub ki, uzun müddət dənizə çıxan insanlar oynaqlarında ağrılardan, revmatizmdən əziyyət çəkirdilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hələ 1747-ci ildə Ceyms Lond aşkarlayıb ki, limon və portağal dənizçilərin ağrılarını xeyli azaldır.

Limon təbii olaraq pH balansını tənzimləyir, toksinləri çıxarır, immuniteti gücləndirir, iltihabi prosesi azaldır və dənizdə, evdən uzaqda zəif qidalanma və soyuqdan orqainizmdə tükənən C vitaminini verir.

Piylənmə, diabet, astma, ürək-damar xəstəliklərində də effektivdir.
Limon qabığı titrətmə, qızdırma, iltihabla mübarizə aparan antiseptikdir.

Oynaqlarda ağrılar üçün siz limon suyu, özü, qabığından bol istifadə etməlisiz. Limon qabığını sürtgəcdən keçirib, tənzifin arasına yaxıb, ağrıyan yerə kompress qoymalısız. Kompress 2-4 saat qalmalıdır.

Limonu ətçəkəndən keçirib, bankada zeytun yağında saxlayın. Bundan həm daxilə bir qaşıq qəbul edirsiz, həm də oynaqlara çəkib kompress edin.

Əgər bunları müntəzəm etsəniz, oynaqlarınızın daha yaxşı olacağını və ağrılarınızı itəcəyini görəcəksiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.