Sağlamlıq

Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ

20 May 2020 23:39
1 Şərh     Baxış: 5 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib.

Milli.Az xəbər verir ki, ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.

"Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir", - deyə dietoloq qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.