Sağlamlıq

Karantin tədbirlərinə düzgün əməl olunsa...

8 Aprel 2020 08:27
0 Şərh     Baxış: 1 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qorxu və stressi cəmiyyət üzərindən atmalıdır".

Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında koronovirusla bağlı danışarkən infeksionist Abidin Rəhimov deyib.

O bildirib ki, infeksiyadan müdafənin əsas yolu karantin tədbirlərinə şərtsiz əməl etməkdir: "Koronavirus haqqında bu qədər təlimatlandırılmaya, maarifləndirməyə baxmayaraq, hələ də bəzi məsuliyyətsiz vətəndaşlarımız infeksiyaya ötəri yanaşır, ciddiyə almır. Nəticə etibarilə də yayılmalar artır. Hər kəs bu işə çox ciddi yanaşmalıdır.

Araşdırmalara görə, bu virus tək hava-damcı və ya təmasla yox, həm də gözün selikli qişaları vasitələri ilə də keçir. Əsas məsələ insanların immunitetinin güclü olmasıdır. Belə olan halda mübarizədən qalib ayrılmaq ehtimalı yüksəkdir. Bəzi insanlar COVID-19 virusuna yoluxduqdan sonra əlamətləri gec üzə çıxır. Bu da inkubasiya dövrünün 14-28 gün arası olması ilə bağlıdır. Hazırda infeksiyanın çoxalma dövrüdür. Düşünürəm ki, karantin tədbirlərinə düzgün əməl olunsa, mayın axırlarından etibarən yoluxma halları azalacaq. Havaların isinməsi və günəşin ultrabənövşəyi şüalarının təsirinin virusu məhv etməsi doğrudur. Ancaq istilik dərəcəsi yuxarı olmalıdır. İnfeksiyanın soyuq havada yaşama müddəti isə daha çoxdur".

A.Rəhimov insanların məsuliyyətli olduqları qədər soyuqqanlı davranmalarının da vacibliyini vurğulayıb: "İnsanlarımız daha diqqətli olmalıdır. Vətəndaşlarımız karantin qaydalarını pozarkən tək özlərini yox, ətrafındakı insanları da nəzərə almalıdır. Bu məsələdə əsasən, bilən və anlayışı olan şəxslər danışmalıdır. Əks halda, çaşqınlıq yaranır. Qorxu və stressi cəmiyyət üzərindən atmalıdır. İnsan nə qədər stress keçirsə, infeksiyaya yoluxma ehtimalı daha çox olur. Aparılan tədbirlər düzgün həyata keçirilir və belə də davam etməlidir. Hazırda ən çox əziyyət çəkən insanlar həkimlərdir. Ən çox söyülən də, ən çox mübarizə aparan da onlardır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.