Sağlamlıq

Çörəyi dondurub yemək daha faydalıdır - MARAQLI SƏBƏB

5 İyul 2020 20:04
Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təzə sobadan çıxmış çörək yumşaq, ətirli, dadlı olsa da, onun xarab olmasının qarşısını alıb, uzun müddət keyfiyyətini saxlamaq üçün dondurucuya qoymaq məsləhətdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, elmi araşdırmalar göstərib ki, dondurulduqdan sonra çörək bütün faydalı keyfiyyətlərini saxlayır. Xüsusən insan üçün lazım olan B qrup və PP vitaminləri qorunur.

Hətta dondurulduqda 20 sutka saxladıqda belə bu vitaminlər çox az miqdarda itirilir.

Eləcə də dondurulduqda rütubət, nəm itkisi 1 % olur ki, bu da çörəyin kaloriliyini bir qədər yüksəldir.

Dondurulan çörəkdə zülalların parçalanması aktivləşir, bu da mədə üçün, həzm üçün daha əlverişlidir, nəinki təzə çörək.

Donmuş çörəyin qlikemik indeksi düşür, bu da qanda qlükozanı artırmır, mədəaltı vəzini yükləmir.

Ona görə şəkərli diabet xəstələri çörəyi dondurub yesə daha faydalıdır.

Çörəyi sadəcə soyuducunun bir gözünə qoyduqda, o tez qaralır, buzyerində isə bu hal baş vermir.

Necə dondurmalı?

Boyat çörəyi dondurmaq olmaz.

Təzə çörəyi buzyerinə qoyun.

İstifadə üçün götürdükdə 2 gün ərzində yeyib bitirin.
Donu açılmış çörəyi yenidən dondurmaq olmaz.

Yaxşı olar ki, çörəyi dilimləyib, falqa və ya polietilen plyonkaya az-az büküb dondurun ki, lazım olan miqdarı istifadə edə bilərsiniz.

Həm də donmuş çörəyi doğramaq da çətin olacaq.

Dondurucudan çıxardıqdan sonra çörəyi otaq temperaturunda 4 saat saxlayın. Xırçıltılı yeyə bilirsizsə, onu sobada da donunu aça bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.