Sağlamlıq

Qanı dərmansız necə durulaşdırmalı? - Kardioloqdan məsləhət

30 Dekabr 2019 23:51
2 Şərh     Baxış: 12 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox səbəblərdən insan qanının hüceyrələri bir -birinə yapışır və qan qatılaşır. Buna zərərli qidalanma, gərgin iş, hərəkətsizlik, yaşlanma, qan dövranı pozulması, bəzi xəstəliklər səbəb olur. Qan nə qədər qatıdırsa, tromb yaranma ehtimalı bir o qədər yülsəkdir, tromb isə qəfil ölüm deməkdir.

Ona görə müntəzəm olaraq qanın qatılaşmasını dəqiqləşdirməli və onu durulaşdırmaq lazımdır.

Milli.Az medicina.az-a istinadən rusiyalı kardioloqların təklif etdiyi dərmansız qan durulaşdırıcı üsullarını təqdim edir.

1. Gündə 2 litrdən az olmamaq şərtilə maye içmək və hərəkət etmək. Maye qəbulu dedikdə, yalnız təmiz su nəzərdə tutulur. Çay, kompot, qəhvə yox.

2. Hər gün 5-7000 addım atmaq, normada fiziki aktivlik, skandinaviya üsulu (aramla) yeriş

3. Bitkilər - xüsusi qan durulaşdırıcı bitki dəmləmələri içmək

4. Sarımsaq, cəfəri, şüyüd, razyana qanı durulaşdırır

5. Tibbi zəli qoymaq - qanı durulaşdırıb, toksinlərdən təmizləyir

6. Qan qatılaşdırıcı qida, meyvə, içkilərdən uzaq olmaz. Xüsusən alkoqol qaraciyərdə dəyişikliklər yaratdığı üçün qanın tərkibini dəyişir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.