Sağlamlıq

Qəhvəni belə içmək diabet riskini 60 faiz azaldır

1 Yanvar 2020 17:31
0 Şərh     Baxış: 2 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvə ilə bağlı daha bir araşdırma aparılıb.

Milli.Az e-tibb.az-a istinadən xəbər verir ki, filtrdən keçirilərək içilən qəhvənin şəkərli diabet riskini azaltdığı açıqlanıb. Filtrdən keçirilən qəhvə ikinci tip şəkərli diabetin yaranma riskini 60 faiz azldır.

Məlumata görə, filtr qəhvədə olan qan şəkəri səviyyəsinə təsir edə bilən molekkulları tutub saxlayır.

İsveçdə bununla bağlı aparılan tədqiqat zamanı yarısı diabetdən əziyyət çəkən 800-dən çox insanın qidalanma tərzi müqayisə olunub.

Məlum olub ki, filtrdən keçirilən qəhvə istifadə edənlərdə şəkərli diabetə daha az rast gəlinir.

Amma qəhvəni başqa cür istifadə edənlərdə eyni təsir nəzərə çarpmayıb. Hazır satılan qəhvələrin belə bir təsirinin olmadığını bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.