Sağlamlıq

Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI: hər gün bu bitkilərdən yeməsəniz...

27 Yanvar 2020 07:41
0 Şərh     Baxış: 3 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm adamları xəstəliklərin son illərdə sürətlə artdığı Puerto-Rikoda yaşayan 600 qadının qidalanma vərdişləri üzərində araşdırma aparıb.

Milli.Az xəbər verir ki, araşdırma nəticəsində hər gün sarımsaq və soğan yeyən qadınların süd vəzisi xərçənginə yoluxması ehtimalının 67% daha az olduğu ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, soğan və sarımaq çiy şəkildə istifadə edilməlidir. Bişmiş forması orqanizmə eyni dərəcədə fayda vermir.

İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə, statistikalar ABŞ və İngiltərə hər 8 qadından birinin həyatının müəyyən dövründə süd vəzisi xərçənginə yoluxa biləcəyini göstərir.

Dünya miqyasında xərçəngin əmələgəlmə və inkişaf səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.