Hadisə

Bakıda qonşusuna kəllə atan qadın cəzalandırıldı

27 Noyabr 2025 12:12
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Sabunçu rayonunda iki qonşu qadın arasında baş verən mübahisə məhkəmədə yekunlaşıb.

Hadisə uşaqların küçədə futbol oynaması ilə bağlı baş verib. Zərərçəkmiş A.Əliyeva izahatında bildirib ki, top onun üzünə gəlməsə də, azyaşlıya irad bildirdiyi üçün qonşusu B.Məmmədova tərəfindən mübahisə başlayıb.

Mübahisə evin həyətinə qədər davam edib və bu zaman B.Məmmədova A.Əliyevanın sifətinə kəllə ilə zərbə vurub. Hadisə nəticəsində zərərçəkənin burnundan qan gəlib. Daxili İşlər Nazirliyinə edilən zəngdən sonra məsələ polis tərəfindən araşdırılıb.

Sabunçu Rayon Məhkəməsi B.Məmmədovanı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib və ona yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.