Sağlamlıq

Gündüz yatmağın faydaları açıqlandı

27 Noyabr 2025 14:14
Baxış: 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər müəyyən ediblər ki, gündüz yatmağa genetik meyl yaşla bağlı beyin həcminin azalmasını ləngidə bilər.

Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri "Sleep Health: Journal of the National Sleep Foundation" jurnalında dərc olunub.

Tədqiqatçılar təxminən 380,000 iştirakçının məlumatlarını analiz edərək Mendelian randomizasiya metodundan istifadə ediblər. Bu üsul genetik variantları alət kimi götürərək risk faktorları ilə nəticələr arasındakı səbəb-nəticə əlaqəsini təhlil etməyə imkan verir.

Alimlər gündüz yuxusu ilə əlaqəli 92 genetik variantı MRI və kognitiv testlər ilə müqayisə ediblər. 35,000 nəfərlik MRI nümunəsində gündüz yatmağa meyilli şəxslərin beyin həcmi orta hesabla 15,8 kub santimetr daha çox olub. Tədqiqatçılara görə, bu, yaşla bağlı beyin həcmi azalmasının təxminən 2,5-6,5 il gecikməsinə bərabərdir.

Buna baxmayaraq, hippocampus həcmi, vizual yaddaş və reaksiyaya vaxt kimi göstəricilər ilə heç bir əlaqə aşkarlanmayıb. Bu isə gündüz yuxusunun, genetik meyl səviyyəsində olsa da, birbaşa kognitiv qabiliyyətlərə təsir göstərmədiyini göstərir.

Alimlər qeyd edirlər ki, gündüz yuxusu ilə beyin həcmi arasındakı əlaqə mülayimdir və bu mexanizmləri tam anlamaq üçün əlavə tədqiqatlar aparmaq lazımdır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.