Sağlamlıq

Duş geli ilə saçını yuyanlara həkimdən xəbərdarlıq

27 Noyabr 2025 07:08
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Duş geli və ya maye sabunu şampun əvəzinə istifadə etmək saç və baş dərisi üçün ciddi təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, bunu rusiyalı trixoloq Sofiya Belaş deyib. O xəbərdarlıq edib ki, bu üsul tüklərin qırılmasına, parıltısını itirməsinə və hətta saç tökülməsinə səbəb ola bilər.

Belaşın sözlərinə görə, duş geli və maye sabun saç üçün xüsusi hazırlanmış komponentlər ehtiva etmədiyi üçün saçlar quru, solğun və qırılmağa meyilli olur. "Bu vasitələrdən saçları tam yumaq çətindir. Onlar saç dibində qalaraq saçın dolaşmasına və baş dərisinin daha tez çirklənməsinə səbəb olur. Nəticədə yağlanma artır və saçları daha tez-tez yumağa ehtiyac yaranır", - trixoloq izah edib.

Həkim əlavə edib ki, duş geli baş dərisini quruda, qaşındıra və kəpək yaranmasına səbəb ola bilər. Qaşınma səbəbindən davamlı daraq istifadəsi bakterial fəsad riskini də yüksəldir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.