Endirim oyunu: Köhnə qiymətlər süni şəkildə artırılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tez-tez supermarketlərdə və digər satış məkanlarında müxtəlif məhsulların "endirimə düşdüyü" barədə elanlarla rastlaşırıq. Vətəndaşlara daha cəlbedici görünməsi üçün məhsulların üzərində əvvəlki qiymət və yeni endirimli qiymət göstərilir.
İddialara görə, bəzi mağazalar endirim kampaniyaları zamanı məhsulun real əvvəlki qiymətini süni şəkildə yüksəldərək endirim effekti yaradırlar. Yəni, məhsul əvvəllər 5 manata satılırdısa, kampaniya zamanı əvvəlki qiymət 7 manat kimi göstərilir və endirimlə 5 manata "salınır".
Məsələ ilə bağlı Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Qeyd olunub ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan məlumat verildikdə bu, qeyri-dəqiq reklam hesab olunur. Qeyri-dəqiq reklama yol verilmir.
Agentliyin məlumatına görə, əmtəənin qiymətinin dəyişməsi (endirim kampaniyası) haqqında reklamda qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti, qiyməti dəyişdirilən əmtəələrin siyahısı, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, eləcə də əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır:
"İnzibati Xətalar Məcəlləsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri müəyyən edilib (428.10-cu maddə)".
Cari ilin yanvar-oktyabr ayları ərzində endirimli məhsulların reklamı ilə əlaqədar Agentliyə ümumilikdə 9 müraciətin daxil olduğu vurğulanıb:
"Onlardan 4-ü təmin olunub, 2-si üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 2 müraciət üzrə zəruri sənədlər təqdim edilmədiyindən müraciətə baxılması dayandırılıb, 1 müraciət üzrə isə üzrə araşdırmalar davam etdirilir. Daxil olmuş müraciətlərə baxılması nəticəsində 3 subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib".
Sonda nəzərə çatdırılıb ki, reklam qanunvericiliyinin (açıq məkanda reklam istisna olmaqla) pozulması halları il üzləşən istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
XƏBƏR LENTİ
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək





