Ölkə

Gecə ilə səkini parkinqə çevirmək istədilər

27 Noyabr 2025 14:26
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına parkinq yaradılmasını əks etdirən görüntülər yayılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, görüntülərə əsasən binalardan birinin qarşısında gecə saatlarında parkinq yeri hazırlandığı məlum olur.

Parkinqin səkinin hesabına təşkil edilməsi isə narazılıq yaradıb. Bildirilib ki, bu kimi dəyişikliklər piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına maneə olur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, AYNA və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə səkinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb və bərpası həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.