Ölkə

Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI

27 Noyabr 2025 14:00
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Milli.Az xəbər verir ki, barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

Statistikaya görə, bu il ölkə üzrə oğlan və qızlara ən çox Uğur, Melisa adları verilib.

Oğlanlara verilən adlarla bağlı statistika belədir: Uğur (1569),Raul (1166), Əli (1028), Hüseyn (1050), Yusif (986).

Qız adları: Melisa (1073), Zeynəb (1015), Məryəm (1014), Nilay (993), Aylin (964), Zəhra (942), Fatimə (715).

Son beş ilin statistikasına görə yenə də "Uğur" adı birinci yerdədir. Belə ki, son beş ildə 8721 nəfər uşağa bu ad verilib. Qız adları arasında isə Zəhra adı birinci yerdədir. Son beş ildə 7273 nəfər qıza Zəhra adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.