İdman

Mbappedən Çempionlar Liqasında rekord

27 Noyabr 2025 09:56
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının rekordçusuna çevrilib. O, turnir tarixində səfər matçlarında ən çox het-trik edən futbolçu olub.

Milli.Az-ın məlumatına görə, fransalı forvard bu nailiyyəti Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos"la qarşılaşmada əldə edib. Madrid təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub etdiyi oyunda Mbappe dörd dəfə fərqlənib.

Bu qarşılaşmadan sonra hücumçunun cari mövsümdə vurduğu qolların sayı doqquza yüksəlib. Bununla da Mbappe şəxsi rekordunu yeniləyib. O, əvvəlki ən yaxşı nəticəsini - səkkiz qolu - 2020/21 mövsümündə və PSJ-də çıxış etdiyi 2023/24 mövsümündə qeydə almışdı.

"Real Madrid" hazırda turnir cədvəlində 12 xalla beşinci pillədə qərarlaşıb. Komanda növbəti turda "Mançester Siti" ilə üz-üzə gələcək.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.