Sağlamlıq

Saçlar niyə vaxtından tez ağarır? - Stresslə əlaqəsi yoxdur

27 Noyabr 2025 03:03
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Tokio Universitetində aparılan yeni araşdırma saçların ağarmasına fərqli izah gətirib.

Milli.Az xəbər verir ki, tədqiqat göstərir ki, saçların ağarması təkcə yaşlanmanın və ya stressin nəticəsi deyil, bədənin xərçəngə çevrilə biləcək zədələnmiş hüceyrələri məhv etmək üçün işə saldığı təbii müdafiə mexanizmi ola bilər.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə piqment yaradan kök hüceyrələrin DNT zədələnməsi zamanı xərçəngə çevrilmək əvəzinə özünü məhv etdiyini müşahidə ediblər. Bu proses isə saçların ağarmasına gətirib çıxarır. "Nature Cell Biology" jurnalında dərc olunan araşdırma bu reaksiyanın bədənin təhlükəli hüceyrələri sıradan çıxarmaq üçün aktivləşdirdiyi p53-p21 yolu ilə bağlı olduğunu göstərir.

Tədqiqatçılar bildirirlər ki, saçların ağarması bəzən bədənin hüceyrə səviyyəsində xərçənglə mübarizə apardığının bir siqnalı ola bilər. Mütəxəssislərin fikrincə, bu müdafiə mexanizmi düzgün işləmədikdə xərçəng riski arta bilər.

Yeni araşdırma saçların ağarmasının sadəcə qocalıq əlaməti deyil, bədənin özünü qoruma forması ola biləcəyini ortaya qoyur.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.