Sağlamlıq

Gündə 1 ədəd yeyin və...

12 Yanvar 2020 23:30
1 Şərh     Baxış: 2 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gün ərzində yeyilən 1 avokado ürək sağlamlığına mənfi təsir edən xolesterinin miqdarını azalda bilər.

Milli.Az bildirir ki, meyvə faydalı yağların, karotinoid və digər qidalandırıcı maddələrin mənbəyi sayılır.

Nəticə Pensilvaniya ştatının universitetlərindən birinin tədqiqatçılarının apardığı araşdırma sayəsində məlum olub.

Araşdırmaya kökəlmədən əziyyət çəkən 45 iştirakçı cəlb edilib. Onların qidalanması 3 versiyada olub-az yağlı pəhriz, orta yağlı pəhriz və gün ərzində 1avokadonun istifadəsini nəzərdə tutan orta yağlı pəhriz.

5 həftəlik pəhrizdən sonra məlum olub ki, faydalı meyvədən istifadə edən iştirakçılarda lipoprotein, antioksidant və lüteinin miqdarı artıb.

Qeyd edək ki, avokado göz sağlamlığı üçün xüsusi əhəmiyyətə malik karotinlə də zəngindir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.