Qoyun əti bu insanlara olmaz - Diqqət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müqəddəs Qurban bayramıdır. Bu günlərdə hətta qoyun ətindən nadir hallarda istifadə edən ailələrin süfrəsini də bir neçə gün bu ətdən hazırlanmış xörəklər bəzəyəcək. Ancaq son dövrlər qoyun ətinin sağlamlıq üçün faydalı və ya ziyan olması ilə bağlı müxtlif fikirlər səsləndirildiyinə görə çoxları bu qidadan imtina edir. Maraqlıdır, həqiqiətən qoyun əti sağlamlıq üçün ziyandır? Bu ət kimlər üçün təhlükəli hesab edilir?
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qoyun əti müəyyən sağlamlıq prolemləri olanlara ziyandır.
Belə ki, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olduğu üçün mədə xorası, qastrit, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.
Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.
Həmçinin əhali arasında geniş yayılmış bəzi xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır. Belə ki, ateroskleroz - damarlarında tutulması olanlara, qan təzyiqi yüksək olanlara, şəkərli diabet xəstələrinə qoyun əti ziyandır.
Ürək -damar problemləri olanlar, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər qoyun ətindən çox az miqdarda qəbul etməlidir. Çünki qoyun ətində yüksək miqdarda lipid olur və bu da qanda olan lipidi daha da artırır.
Böyrəklərində və öd kisəsində daş olanlar, qaraciyər xəstələri yaşayanlar, podaqrası olanlar da qoyun ətini az qəbul etməlidir.
Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.
Mütəxəssislər həmçinin bildirib ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı-piyli hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə "pis" xolesterinin miqdarını aşağı salmaq da mümkündür. ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır.
Qoyun ətindən istifadə zamanı daha bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır ki, ətin tərkibindəki yağın maddələr mübadiləsində normal nizamlanmasına şərait yaratsın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
-
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar
-
Səyahət edənlər daha çox yaşayırlar
XƏBƏR LENTİ
-
Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi
-
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqi açıqlanıb
-
II Opera Günləri layihəsi “Otello” operasının möhtəşəm premyerası ilə təntənəli şəkildə başa çatdı - (Foto)
-
Böyük Britaniyada nəm salfetlərin satışı qadağan olunur
-
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində iştirak edib (Foto)
-
Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb (Foto)
-
"Neftçi"nin keçmiş futbolçusu Yaponiya millisinin baş məşqçisi olmaq istəyir
-
Bank VTB polis əməkdaşları üçün xüsusi kredit kampaniyasına start verdi
-
Məşhur klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək - (Foto)
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Aydan Fərəcova spikerə köməkçi təyin edildi - (Foto)
-
Fəxriyyə Xələfova Azərbaycan xalça sənətindən ilhamlanan kolleksiyasını təqdim edib - (Foto)
-
Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası
-
Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
-
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bu Çin maşını kəskin ucuzlaşdı
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
-
Maştağada “Mercedes” mağazaya çırpıldı - (Foto)
-
Sabah çimərliklərdə gözlənilən hava açıqlandı
-
Harri Keyn Peleni geridə qoydu





