""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şairə-aparıcı Nazilə Səfərli toy adətləri, gənclərin dəyişən dünyagörüşü və "Vağzalı" musiqisinin toy mərasimlərindəki yeri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sənətçi "Həyatın dadı" verilişində xaricdə təhsil alan gənclərin həyata baxışlarının fərqləndiyini bildirib.
"Uşaqlarımızı Avropaya oxumağa göndərəndə bunun fəsadlarını da bilməliyik. Avropada təhsil almış, Londonda magistr oxuyan qız gəlib səndən kəlağayılı paltar istəmir. Sən ona israr edəndə isə o, səni də istəmir. Çünki toy onun da arzusudur axı. Sən onun arzularının qarşısına keçə bilməzsən. Ona demokratik olmağı çox rahat öyrədiblər. O, fikirlərini açıq şəkildə ifadə edir və səni incitməkdən narahat olmur. Sənə yerini göstərir ki, bu mənim toyumdur və mənim arzularım reallaşmalıdır. Mən də ona heç nə deyə bilmirəm. Çünki müştəri mənə pul verirsə, mən ona xidmət edirəm. Ona görə də heç nə deyə bilmirəm", - deyə aparıcı bildirib.
Nazilə Səfərli həmçinin son illər toy mərasimlərində milli musiqilərdən istifadənin azalmasına və xüsusilə də "Vağzalı" musiqisinin əvvəlki mənasının dəyişməsinə də münasibət bildirib. Sənətçinin sözlərinə görə, bu musiqinin tarixi keçmişi və daşıdığı məna bu gün bir çoxlarının düşündüyündən fərqlidir:
"Əvvəllər bu havanın adı "Gəlini yola salma", "Gəlin atlanma" olub. Gəlin ata evindən köçəndə onun öz mahnısı, öz marşı olub. Sonra bu havanın adı "Ağır Qarabağlı" olub. Daha sonra Zəngəzurdan, Qarabağdan qatarlar getdi, gəlinlər də həmin qatarlarla yola salındı. Gəlinlər oradan gedəndə bu havanın adı "Vağzalı" oldu - onları vağzaldan, dəmir yolundan yola salırdılar.
Yəni bu musiqi vida musiqisidir, sağollaşmadır. Ata evinin qapısından çıxanda bir dəfə "Vağzalı" çalınıb bitməlidir. İndi isə "Vağzalı"nı gətirib restorana çıxarmışıq. "Vağzalı" qızın ata evindən köçdüyü son vida parçasının, son musiqisinin adıdır. Sağollaşma bitdi, o mərhələ qurtardı. Bir milyon hava var, onları çalın da. Mütləq "Vağzalı" olmalıdır?"
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





