Ölkə

Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb

2 İyul 2026 16:33
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Olimpiya Stadionu ABŞ-nin Müstəqillik Günü ilə əlaqədar bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyi buna görə Azərbaycana təşəkkür edib.

"Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi. Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir", - məlumatda qeyd olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.