Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fənərbağça"nın braziliyalı futbolçusu Anderson Taliska karyerasını İngiltərədə davam etdirmək istəyir.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, təcrübəli hücumçu "Hull City"dən aldığı təklifi dəyərləndirmək niyyətində olduğunu klub rəhbərliyinə rəsmi şəkildə çatdırıb. Bildirilir ki, futbolçu Acun Ilıcalının sahibi olduğu komandaya keçidə müsbət yanaşır.
İddialara əsasən, Taliska ilə İngiltərə təmsilçisi arasında ilkin razılıq əldə olunub. 32 yaşlı oyunçunun "Fənərbağça"da çıxışından razı qaldığı bildirilsə də, o, karyerası üçün yeni çağırışlara açıq olduğunu nümayiş etdirib.
Digər tərəfdən, klub prezidenti Aziz Yıldırım və rəhbərlik yeni transferlər üçün maliyyə imkanları yaratmaq məqsədilə yüksək maaş alan futbolçularla yolları ayırmağı planlaşdırır. İllik xalis qazancı 7,5 milyon avro olan Taliskanın mümkün gedişi də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Hazırda "Hall Siti"nin transferlə bağlı atacağı növbəti addımlar diqqətlə izlənilir.
Qeyd edək ki, Anderson Taliskanın Səudiyyə Ərəbistanından "Fənərbağça"ya transferində əsas rol oynayan şəxslərdən biri də həmin dövrdə klubda idarəçi kimi fəaliyyət göstərən Acun Ilıcalı olub.
Təcrübəli futbolçu "Fənərbağça"nın heyətində bütün turnirlərdə 68 oyuna çıxıb. O, bu görüşlərdə 39 qola imza atıb və 7 məhsuldar ötürmə müəllifi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Valensiya milli ilə vidalaşdı
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
XƏBƏR LENTİ
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - (Video)
-
Deniz Göktaş saxlanıldı
-
443 metr yüksəkdə evlilik təklifi - Saxlanıldılar - (Foto)
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
Valensiya milli ilə vidalaşdı
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
-
Bağçalara elektron qəbula başlanılır
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Bakının mərkəzində 2 yol bağlanacaq
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı





