Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Ofelya Şabanova qardaşının vəfat etdiyi günlərlə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Tağı ilə Xəbər Magazin" Youtube verilişində bildirib ki, yaşadığı ağır itki zamanı ətrafındakı insanların münasibəti onun üçün böyük sınaq olub. Onun sözlərinə görə, yanında görəcəyini düşündüyü bəzi insanlar yas mərasimində iştirak etməyiblər.
Şabanova xüsusilə qeyd edib ki, vaxtilə aralarında qalmaqal yaşanan həmkarı Nüşabə Musayeva həmin çətin günlərdə onu tək qoymayıb.
İfaçı bildirib ki, şou-biznesdə zaman-zaman anlaşılmazlıqlar və qalmaqallar yaşansa da, bunlar geridə qalıb. O, Nüşabə Musayevanın yas mərasiminə tələsərək gəldiyini və mənəvi dəstəyi ilə ona təsəlli verdiyini vurğulayıb.
Müğənni əlavə edib ki, insan ağır günündə ətrafındakı hər kəsi axtarır. Onun sözlərinə görə, "canım bacım" deyən bəzi şəxsləri həmin gün yanında görməməsi isə onda məyusluq yaradıb.
Ofelya Şabanovanın bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər çətin günlərdə göstərilən mənəvi dəstəyin əsl dostluğun göstəricisi olduğunu bildirərək müxtəlif sözlər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)





