Xamenei burada dəfn olunacaq - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran hakimiyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimlərinin rəsmi proqramını açıqlayıb. İran dövlət mediasının, o cümlədən Tasnim agentliyinin yaydığı məlumata görə, vida mərasimləri 4 iyul tarixində Tehranda başlayacaq, son dəfn mərasimi isə 9 iyulda Xameneinin doğulduğu Məşhəd şəhərində keçiriləcək.
Milli.Az musavat.com-a istinadən bildirir ki, məlumata əsasən, 4-5 iyul tarixlərində Xameneinin cənazəsi Tehrandakı İmam Xomeyni Müsəllasında xalqın ziyarətinə açıq olacaq. 6 iyulda Tehranda kütləvi dəfn yürüşü təşkil ediləcək. 7 iyulda isə İranın digər müqəddəs dini mərkəzi olan Qum şəhərində anım mərasimi keçiriləcək. Bütün mərasimlər 9 iyulda Məşhəddəki İmam Rza ziyarətgahında dəfnlə yekunlaşacaq.
İranın kəşfiyyat qurumlarına bağlı olduğu bildirilən və azərbaycanca yayımlanan "Səhər" telekanalı da bununla bağlı xüsusi reportaj hazırlayıb. Reportajda Məşhəddə keçiriləcək dəfn mərasimlərinə hazırlıq, eləcə də İmam Rza ziyarətgahı ətrafında görülən təşkilati işlər nümayiş etdirilir. Yayımlanan görüntülərdən belə görünür ki, İran hakimiyyəti bu mərasimi təkcə dini mərasim deyil, həm də ölkə daxilində və xaricində siyasi birlik nümayişi kimi təqdim etməyə çalışır.
Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə İran-ABŞ-İsrail müharibəsinin ilk günündə Tehrandakı iqamətgahına endirilən hava zərbəsi zamanı həlak olub. İran dövlət mediası onun ölümünü ertəsi gün rəsmən təsdiqləyib. Hücum nəticəsində Xameneinin yaxın ailə üzvlərindən bir neçəsinin də həyatını itirdiyi, oğlu Müctəbanın isə yaralandığı barədə məlumatlar yayılıb.
İslam qaydalarına görə, meyitin mümkün qədər tez, adətən 24 saat ərzində dəfn olunması tövsiyə edilsə də, İran hakimiyyəti müharibə şəraiti və təhlükəsizlik səbəblərini əsas gətirərək dəfn mərasimini bir neçə ay təxirə salıb. Rəsmi mənbələr bu qərarın təhlükəsizlik riskləri və genişmiqyaslı dövlət mərasiminin hazırlanması ilə əlaqədar verildiyini bildirirlər.
İran rəsmilərinin açıqlamalarına görə, dəfn mərasimində milyonlarla insanın iştirakı gözlənilir. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, Tehran, Qum və Məşhəddə xüsusi təhlükəsizlik planı tətbiq olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





