Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Xalça Muzeyində "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Cizgi brendinin yaradıcısı Gülnarə Xəlilovanın yeni kolleksiyasının nümayişi keçirilib.
Kolleksiya 2014-cü ildə hazırlanmış və daha əvvəl beynəlxalq podiumlarda təqdim olunmuş "Xalçaların dili" layihəsinin davamı kimi yaradılıb. O, prêt-à-porter xəttinə daxil edilib.
"Yaradıcılığım vasitəsilə hər zaman Azərbaycan mədəniyyətini, milli kimliyimizi və tariximizi təbliğ etməyə çalışıram. Mənim üçün irsimizi müasir bədii dillə təqdim edən kolleksiyalar yaratmaq xüsusi əhəmiyyət daşıyır. Yeni kolleksiyada Azərbaycanın müxtəlif bölgələrinin motivləri öz əksini tapıb. Parçalar, siluetlər, dekorativ elementlər və ornamentlərin müəllif interpretasiyası vasitəsilə ölkəmizin mədəni müxtəlifliyini vahid bədii məkan kimi göstərməyə çalışmışıq", - deyə dizayner bildirib.
"Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsinin əsas ilham mənbələrindən biri bu il anadan olmasının 120 illiyi qeyd edilən görkəmli Azərbaycan alimi, rəssamı və xalça sənəti tədqiqatçısı Lətif Kərimovun yaradıcılıq irsi olub.
Layihə xalçaçılıq sənəti ilə müasir modanı bir araya gətirərək Azərbaycanın milli-mədəni irsini müasir dizayn interpretasiyaları vasitəsilə təqdim edib. Ölkənin tanınmış və gənc modelyerləri geyim kolleksiyalarında xalça kompozisiyalarının motivlərini, rəng həllərini və bədii prinsipləri əks etdiriblər.
Layihənin məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, mədəni irsin qorunması və onun müasir təqdimat formaları vasitəsilə gələcək nəsillərə ötürülməsi olub.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib (Foto)
-
“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bu Çin maşını kəskin ucuzlaşdı
-
Maştağada “Mercedes” mağazaya çırpıldı - (Foto)
-
Sabah çimərliklərdə gözlənilən hava açıqlandı
-
Harri Keyn Peleni geridə qoydu
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - (Video)
-
Deniz Göktaş saxlanıldı
-
443 metr yüksəkdə evlilik təklifi - Saxlanıldılar - (Foto)
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
Valensiya milli ilə vidalaşdı
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
-
Bağçalara elektron qəbula başlanılır
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Bakının mərkəzində 2 yol bağlanacaq
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək





