Bu qidalar qocalmanı sürətləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanlış qidalanma vərdişləri bioloji qocalmanı sürətləndirə bilər.
Milli.Az xəbər verir ki, bu barədə neyrobioloq David Koks məlumat verib.
Onun sözlərinə görə, həddindən artıq emal olunmuş qidaların istehlakı, normadan artıq kalori qəbulu və orqanizmin ehtiyac duyduğu qida maddələrinin kifayət qədər alınmaması piylənmə, diabet, metabolik xəstəliklər və erkən yaşlarda xərçəng riskini artırır. D.Koks qeyd edib ki, son illərdə bu xəstəliklərin daha gənc yaşlarda müşahidə olunması sürətlənmiş bioloji qocalmanın göstəricisidir.
Neyrobioloq bildirib ki, düzgün qidalanma qocalma prosesini ləngitməyə kömək edə bilər. O, gündə ən azı beş porsiya meyvə və tərəvəz istehlak etməyi, yaşıl yarpaqlı tərəvəzlərə, liflə zəngin və təbii qidalara üstünlük verməyi, həmçinin hər əsas qida qəbulunda kifayət qədər zülal qəbul etməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, həftədə üç dəfə qızılbalıq kimi yağlı balıq yemək orqanizmin omeqa-3 yağ turşularına olan tələbatını qarşılamağa kömək edir və bunun DNT səviyyəsində qocalmanı yavaşlada biləcəyini göstərən elmi araşdırmalar mövcuddur.
Alim həmçinin günün ən vacib qidasının axşam deyil, səhər və ya günorta qəbul edilməsinin daha faydalı olduğunu vurğulayıb. O bildirib ki, insan orqanizmi günün ilk yarısında qidaları daha səmərəli həzm edir.
D.Koks əlavə edib ki, maqnezium və sink kimi minerallar insulin müqavimətinin qarşısının alınmasında mühüm rol oynayır. Bu minerallar ispanaq, qoz-fındıq, tam taxıllı məhsullar, ət, süd məhsulları və dəniz məhsullarında bol miqdarda mövcuddur.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ronaldodan gözlənilməz qərar
-
Gəncədə pizzadan zəhərləndilər
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Millimiz hesabı açdı - (Yenilənib)
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq





